BAKI, 8 yanvar — Sputnik. İrlandiyalı jurnalist Çey Bouz Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən "ATACMS" raketlərinin məhv edilməsinə reaksiya verərək, ABŞ silahlarının biabırçı siyahıya daxil olduğunu qeyd edib.
Bu barədə Bouz X* sosial saytında yazıb.
""Oyunun qaydalarını dəyişdirməli olacaq" raketlər "Leopard" və "Abrams" tankları kimi "rüsvay olanlar" siyahısına daxil olublar" - Bouz X* sosial fikrini bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 4-də Rusiya hava hücumundan müdafiə qüvvələri səkkiz "ATACMS" raketini məhv ediblər. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Ordusu düşmənin 650-dən çox təyyarəsi, 280 helikopteri və 39 min PUA-nı məhv edib.
Bundan əvvəl irlandiyalı jurnalist Bouz Moskvaya heyranlığını bildirib və Rusiya Federasiyasındakı problemlər haqqında mifi darmadağın edib.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiyada Baş Prokurorluğun tələbi ilə bloklanıb.