BAKI, 7 yanvar — Sputnik. Türkiyə təhlükəsizlik qüvvələri PKK-ya qarşı reydlər keçirib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində qeyd edib.
Nazirin məlumatına görə, əməliyyat ölkənin 17 vilayətində keçirilib.
Nəticədə 65 nəfər saxlanılıb. Onlar Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinirlər.
Nazir öz səhifəsində əməliyyatın görüntülərini də yerləşdirib.