DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub

BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılıb.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub.
Bu barədə Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu Asiya ölkəsi əhalinin sayına görə (277 milyon nəfərdən çox) dünyada dördüncü, iqtisadiyyatına görə isə səkkizinci yerdədir.
Bundan əvvəl İndoneziya Xarici İşlər Nazirliyi Qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsində və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarının təşviqində BRİKS-in rolunu qeyd edib.
Qeyd edək ki, bu il BRİKS-ə Braziliya sədrlik edir.
BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılıb. Beş ildən sonra Cənubi Afrika Respublikası assosiasiyaya qoşulub. Ötən il Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə üzv olublar.