BAKI, 6 yanvar - Sputnik. Ukrayna vətəndaşlarının böyük hissəsi Avropa ölkələrindən tranzitlə Rusiyaya qaçırlar, çünki onlar Kiyevdən gələn qadağaya görə bunu birbaşa edə bilmirlər.
Bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo “RİA Novosti”yə şərhində bildirib.
“Kiyev rejimindən bizə qaçan ukraynalıların çoxu bunu Avropadan tranzitlə edir. Zelenski rejimi adi vətəndaşları Rusiya Federasiyasına buraxmır” - Saldo fikrini izah edib.
Bundan əvvəl Saldo qeyd edib ki, Ukrayna qoşunlarının Xerson vilayətində genişmiqyaslı desant əməliyyatı keçirmək üçün kifayət qədər qüvvəsi yoxdur.