BAKI, 6 yanvar — Sputnik. Lyej məhkəməsi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə COVID-19 peyvəndlərinin satın alınmasında korrupsiya ittihamı ilə bağlı toxunulmazlıq verilməsinə baxacaq.
Bu barədə "TASS"a belçikalı fəal Frederik Baldana istinadən xəbər verib.
Yanvarın 6-da Avropa İttifaqı Prokurorluğunun tələbi ilə məhkəmə iclası keçiriləcək. Baldan qeyd edib ki, departamentin Aİ-də korrupsiya ilə mübarizə niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, hazırda o, əslində fon der Lyayeni qoruyur.
"Avropa prokurorluğu fon der Lyayenin toxunulmazlığa malik olduğunu iddia edərək məhkəməyə müraciət edib", – Baldan bəyan edib.
O, həmçinin vurğulayıb ki, Avropa Komissiyasının rəhbəri öz səlahiyyətlərinin icazə verilən həddini çoxdan aşıb və ona görə də bu halda toxunulmazlığa arxalanmamalıdır.
Bundan əvvəl fon der Lyayenin Orbanın sülhsevər səylərinə görə qəzəbləndiyi bildirilmişdi.