BAKI, 6 yanvar — Sputnik. Hazırda dünya ölkələrinin yarıdan çoxu bu və ya digər dərəcədə dollara qarşıdırlar.
Bu təhlili "RİA Novosti" dərc edib.
Dolları boykot edən ölkələr şərti olaraq 3 qrupa bölünürlər. 94 dövlətin daxil olduğu birinci qrupda hakimiyyət dollara qarşı açıq şəkildə danışmır və məhdudiyyətlər tətbiq etmir. Bu qrupa Panama, Salvador və Marşal adaları kimi ABŞ valyutasını rəsmi valyuta kimi istifadə edən ölkələr daxildir.
İkinci qrupa hazırda aktiv şəkildə milli valyutalarda ödənişlərə keçən və ya dollardan istifadəni məhdudlaşdıran ölkələr aiddir. Bura 46 ölkə daxildir.
Üçüncü qrupa analitiklər ABŞ valyutasına qarşı açıq şəkildə çıxış edən 53 ölkəni daxil ediblər.
Bundan əvvəl ABŞ Prezidenti Co Baydenin hakimiyyəti dövründə ABŞ-ı borc çuxuruna sürüklədiyi bildirilirdi.