DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri görəcək - XİN

Qo Tszyakun qeyd edib ki, Birləşmiş Ştatlar bir müddətdir ki, Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməyə başlayıb.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Pekin ABŞ-ın Çin şirkətinə qarşı sanksiyalarına cavab olaraq öz maraqlarını qorumaq üçün tədbirlər görəcək. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tszyakun deyib.
ABŞ Maliyyə Nazirliyi daha əvvəl Çinin Integrity Technology Group şirkətinə qarşı sanksiyalar elan edib və onu kiberhücumlara şərait yaratmaqda ittiham edib.
"Kiberhücumlar adlanan məsələ ilə bağlı Çin dəfələrlə öz mövqeyini ifadə edib. Çin həmişə haker hücumlarına qəti şəkildə qarşı çıxıb və onları qanuna uyğun olaraq dəf edib və ABŞ-ı Çini böhtan və nüfuzdan salmaq üçün kibertəhlükəsizlik məsələlərindən istifadə etməyi dayandırmağa çağırıb", XİN rəsmisi deyib.
Qo Tszyakun qeyd edib ki, Birləşmiş Ştatlar bir müddətdir ki, çinli haker hücumları adlandırılan hücumları hər cür şəkildə qızışdırır və hətta Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməyə başlayıb.
"Çin buna qəti şəkildə qarşı çıxır və ÇXR-in qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək", - diplomat əlavə edib.