RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Uçuşların təhlükəsizliyinin təmin edilməsi əsas prioritetdir - Rosaviasiya

Təhlükəsizlik məqsədilə Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulub.
Sputnik
BAKI, 5 yanvar - Sputnik. Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında Kazan hava limanının işinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu barədə "Rosaviasiya" məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub", - qurumun məlumatında deyilir.

O da bildirilir ki, hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Qurumdan bildirilib ki, hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər.

"Bu, əsas prioritetdir", - məlumatda vurğulanır.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.