BAKI, 5 yanvar — Sputnik. Yanvarın 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Yanvarın 5-də kimlər anadan olub?
Robert Dyuvall (1931) - ABŞ teatr və kino aktyoru, rejissor, ssenarist, bəstəkar və prodüserdir. O, "Oskar", "Qızıl Qlobus", BAFTA və "Emmi" mükafatlarına layiq görülüb.
Umberto Eko (1932-2016) – İtaliya filosofu, alimi, yazıçısı, semiotika və orta əsr estetikası üzrə mütəxəssisdir.
Umberto Eko
© AP Photo / Udo Weitz
Dayan Kiton (1946) - ABŞ aktrisası, kinorejissor və prodüserdir. O, "Oskar", "Qızıl Qlobus" və BAFTA mükafatlarına layiq görülüb. Onun filmləri 2,7 milyard dollardan çox gəlir əldə edib.
Dayan Kiton
© AP Photo / REED SAXON
Merilin Menson (1969) - amerikalı rok müğənni, yazıçı, bəstəkar, aktyor, rejissor və "Marilyn Manson" rok qrupunun daimi lideridir. Onun əsl adı Brayn Hyu Vornerdir.
Merilin Menson
© Sputnik / Владимир Астапкович
Bredli Kuper (1975) - amerikalı aktyor, müğənni, rejissor, ssenarist və prodüserdir. O, BAFTA və "Qremmi" mükafatları laureatıdır.
Bredli Kuper
© Sputnik / Екатерина Чеснокова
Yanvarın 5-də dünyada baş verən tarixi hadisələr
1731-ci ildə Moskvada ilk küçə işıqları yandırılıb. 1730-cu ilin noyabrında Rusiya İmperiyasının Senatı qışda Moskvanı işıqlandırmaq üçün şüşə fənərlərin istehsalı haqqında fərman verib.
1769-cu ildə şotland mühəndis Ceyms Vatt buxar maşını üçün patent alıb.
1933-cü ildə ABŞ-ın San-Fransisko şəhərində "Qızıl Qapı" körpüsünün tikintisinə başlanılıb. Bu tikinti dörd ildən çox çəkib.
1994-cü ildə Azərbaycan ordusu Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi erməni işğalından azad edib.