BAKI, 5 yanvar — Sputnik. Dünyada qaz istehlakı 2030-cu ilə qədər 10% artacaq, neft istehlakında artım isə 4% təşkil edəcək. Bunu Rusiyanın VTB Bankının analitikləri proqnozlaşdırırlar.
Onların fikrincə, tələbatın əsas artımı Asiya, xüsusən də Hindistan və Çin hesabına olacaq. Avropada qaz istehlakı azalmağa davam edəcək və 2030-cu ildə Çinlə müqayisədə 22% aşağı olacaq.
Bankın məlumatına görə, inkişaf etmiş ölkələrdə neftə tələbat sabit qalacaq.
Eyni zamanda, VTB Bankı 2030-cu ildə Çində qaz istehlakının 2023-cü ilə nisbətən üçdə bir artaraq 521 milyard kubmetr olacağına, Hindistanda qaz infrastrukturunun məhdud qəbulu və paylanması şəraitində 52% artaraq 97 milyard kubmetrə çatacağına ümid edir.
Avropada qaz istehlakı 12,5% azalaraq 407 milyard kubmetr təşkil edəcək. Sənaye və enerji sektoru da daxil olmaqla bütün seqmentlərdə tələb azalacaq.
"2025-ci ildə dünya neft istehlakı sutkada 104 milyon barel təşkil edə bilər ki, bu da 2024-cü illə müqayisədə 1% çoxdur", - VTB-nin proqnozunda qeyd olunub.
2030-cu ilə qədər Bank analitikləri Asiyada, xüsusən də Çin (+6%, gündə 17,5 milyon barelə qədər) və Hindistanda istehlakın artması səbəbindən tələbatın sutkada 108 milyon barelə (+4%) artacağını və bu ölkələrin gündəlik 24% artaraq 6,95 milyon barelə çatacağını proqnozlaşdırırlar. İnkişaf etmiş ölkələrdə (Yaponiya, ABŞ, Avropa İttifaqı (Aİ) ölkələrində) ümumi neft istehlakı sabit qalacaq.
Neft platforması, arxiv
© iStock.com / Armastas
OPEC üçün əsas risk
VTB Bankı həm istehsalçılar, həm də istehlakçılar üçün qiymətləri rahat səviyyədə saxlamaq məqsədi ilə OPEC+ təşkilatının yaxın illərdə neft bazarında balanslaşdırıcı tədarükçüsü olaraq qalacağını gözləyir.
"Rusiya üçün bu o deməkdir ki, 2025-ci ildə hasilat qaz kondensatı istisna olmaqla, sutkada 9,2 milyon barel kvota əsasında 1% artaraq 470 milyon ton təşkil edə bilər. Bunu da nəzərə alsaq, gündəlik 10,3 milyon barel səviyyəsində olan hasilatı gözləmək olar ki, bu da 2019-cu ilin pik həddi ilə müqayisədə 8% aşağıdır", - VTB Bankdan bildiriblər.
OPEC, arxiv
© AP Photo / Ronald Zak
Proqnozda qeyd edilib ki, ABŞ-da hasilatın artımı OPEC+ üçün əsas risk olaraq qalır, lakin o, tarixi səviyyədən aşağı olacaq və 2025-ci ildə 2% artımla gündəlik 0,3-0,4 milyon barelə çatacaq.
2025-2030-cu illərdə VTB Bankı "Brent" markalı neftin qiymətinin bir barel üçün 70-80 dollar aralığında olacağına ümid edidr. Bank hesab edir ki, ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalarının sərtləşdirilməsi qiymətlərin artmasına səbəb ola bilər ki, bu da dünya bazarında neft tədarükünü gündə təxminən 1 milyon barel azaldacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.