BAKI, 4 yanvar — Sputnik. Yanvarın 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Yanvarın 4-də kimlər anadan olub?
İsaak Nyuton (1642-1727) – İngiltərə fiziki, riyaziyyatçısı, astronomu, klassik fizika və riyazi analizin yaradıcılarından biridir.
İsaak Nyuton
© Photo : PUBLIC DOMAIN
Zurab Tsereteli (1934) - Rusiya rəssamı, heykəltəraş, dizayner, pedaqoq və professordur. O, 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının prezidentdidir.
Till Lindemann (1963) - Almaniya müğənnisi, mahnı müəllifi və şairdir. O, "Rammstein" və "Lindemann" metal qruplarının solistidir.
Aleksandr Fadeyev (1964) - Rusiya fiqurlu konkisürəndir. O, 1985-ci il dünya çempionu, dördqat Avropa çempionu (1984, 1987, 1988, 1989) və altıqat SSRİ çempionudur.
Aleksandr Fadeyev
© Sputnik / Рубен Мангасарян
Culiya Ormond (1965) - Fransa əsilli Britaniya aktrisasıdır. O, "Emmi" mükafatı laureatıdır.
Yanvarın 4-də dünyada baş verən tarixi hadisələr
1905-ci ildə Cenevrədə bolşeviklərin həftəlik "İrəli" qəzetinin ilk nömrəsi işıq üzü görüb.
1985-ci ildə Londonun klinikalarından birində tam surroqat analıq proqramı üzrə ilk uşaq dünyaya gəlib.
2010-cu ildə Dubayda dünyanın ən hündür binası olan "Bürc Xəlifə"nin təntənəli açılışı olub.
2003-cü ildə "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında" prezidentin sərəncamı verilib.
2016-cı ildə Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsib.