BAKI, 4 yanvar — Sputnik. Rusiya enerji resurslarının tədarükündə etibarlı tərəfdaş olmaqda davam edir, çünki Macarıstan bu əməkdaşlığa yenidən baxmağı planlaşdırmır.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Rusiya enerji təchizatı məsələlərində bizim üçün etibarlı tərəfdaşdır və bu, faktdır. Enerji təhlükəsizliyi kimi ciddi məsələlərdə yalnız daha yaxşı təklif alsanız, etibarlı mənbəni dəyişə bilərsiniz" - Peter Siyyarto sözünə davam edib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Macarıstanın bundan etibarlı və sərfəli təklifi yoxdur. O qeyd edib ki, enerji siyasi qərarlar deyil, fiziki infrastruktur məsələsidir.
Daha əvvəl bildirilib ki, Peter Siyyarto Ukrayna böhranını şərh edib. Onun sözlərinə görə, Budapeşt Ukrayna böhranını həll etmək üçün "əlindən gələn hər şeyi edib".