HADİSƏ

Bakı yağışlı, rayonlar yağışsız - 8 yanvara dair hava proqnozu

Yarımadanın ayrı-ayrı yerlərində intensiv yağışlar yağacaq.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında gün əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
04.01.25, 17:53
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - 5 yanvara dair hava proqnozu
Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Kəlbəcər, Laçın, Füzuli, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan, Ağcabədi, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevir, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Neftçala, Hacıqabul, Şəki, Zaqatala, Qax, Qobustan, Şabran, Xaçmaz, Siyəzən, Qusar, Xızıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
***
Sabah - yanvarın 4-də bəzi bölgələrdə 10 dərəcəyədək şaxta olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.