BAKI, 4 yanvar — Sputnik. Avropa İttifaqı Kiyevə verdiyi dəstəyə şübhə etməyə başlayıb.
Bu barədə xarici KİV məlumat yayıb.
"Ukraynaya dəstəyi şübhə altına alan və ya münaqişədən tezliklə çıxmağa çağıran səslər, hətta bu, Aİ üzvlüyünə namizəd olan Ukrayna üçün zərərli olsa belə, güclənir və ya daha çox nəzərə çarpır" – jurnalistlər bildiriblər.
Eyni zamanda, nəşrin mənbələri bir sıra Avropa İttifaqı ölkələrinin Moskvaya doğru artan hərəkətini və onunla münasibətləri yaxşılaşdırmaq istəyini qeyd edir. Belə dövlətlər arasında Macarıstan, Slovakiya və Avstriya var.
Bundan əvvəl "The New York Times" yazıb ki, Slovakiyanın baş naziri Robert Fitsonun Rusiya Federasiyasına səfəri və onun Prezident Vladimir Putinlə apardığı danışıqlar Rusiyanı təcrid etməyə çalışan Qərb siyasətinin iflasından xəbər verir.