BAKI, 1 yanvar - Sputnik. ABŞ-ın nüvə qüvvələrinin modernləşdirilməsi üzrə hazırkı proqramı Rusiya və Çinlə silahlanma yarışını daha da artırır. Bu bəyanat “America Quincy” Məsul Dövlət İdarəçiliyi İnstitutunun X sosial şəbəkəsindəki hesabında yer alıb.
“Pentaqonun “modernləşdirmə” proqramı bizi daha təhlükəsiz etmir – bu, təhlükəli və bahalı silahlanma yarışını sürətləndirir. ABŞ-da yaradılan hər bir yeni nüvə silahı modeli Rusiya və Çini öz arsenalını yaratmağa təşviq edir”, - bəyanatda deyilir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan Vaşinqtonu ABŞ-ın nüvə siyasətinin qlobal strateji tarazlığı əhəmiyyətli dərəcədə pozmaqda ittiham edib. Qeyd edilib ki, bununla da ABŞ nüvə risklərinin artmasına töhfə verib.