HADİSƏ

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - 5 yanvara dair hava proqnozu

Milli Hidrometeorologiya Xidməti bildirib ki, rayonlarda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Kəlbəcər, Laçın, Füzuli, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan, Ağcabədi, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevir, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Neftçala, Hacıqabul, Şəki, Zaqatala, Qax, Qobustan, Şabran, Xaçmaz, Siyəzən, Qusar, Xızıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
***
Sabah - yanvarın 4-də bəzi bölgələrdə 10 dərəcəyədək şaxta olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.