BAKI, 30 dekabr — Sputnik. ABŞ senatoru Mayk Li bildirib ki, Ukrayna çirkli pulların yuyulmasının universal simvoludur. Bu barədə o, X* sosial şəbəkəsində yazıb.
Mayk Li vurğulayıb ki, bununla bağlı Vaşinqton Kiyevə yardımı dayandırmalıdır.
"Xahiş edirəm, Ukraynaya daha pul göndərmək lazım deyil. Onlar çox miqdarda pul yuya bilərlər", - senator yazıb.
Mayk Li Amerikanın hazırkı lideri Co Bayden administrasiyasının Ukrayna tərəfinə daha bir hərbi yardım paketi ayırmaq niyyətində olması ilə bağlı xəbərləri şərh edib.
Senator Ukrayna bayrağının fotosunu da dərc edib və onun "çirkli pulların yuyulmasının universal simvolu" olduğunu yazıb.
Daha əvvəl bildirilmişdi ki, Bayden administrasiyası Ukraynaya 1,25 milyard dollar dəyərində yeni hərbi yardım paketi göndərmək niyyətindədir.
* Sosial şəbəkə Baş Prokurorluğun tələbi ilə Rusiya Federasiyasında bloklanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.