RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya və Ukrayna arasında əsir mübadiləsində vasitəçi Birləşmiş Ərəb Əmirlikləri olub

Rusiya və Ukrayna 150-150-yə düsturu ilə əsir mübadiləsi aparıblar.
Sputnik
BAKI, 30 dekabr - Sputnik. Ukraynanın nəzarətində olan ərazilərlə aparılan danışıqlar nəticəsində 150 ​​rusiyalı hərbçi geri qaytarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin (USQ) 150 hərbi əsiri təhvil verilib.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində 150 ​​hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib", - məlumatda deyilir.

Qeyd olunur ki, hazırda bütün Rusiya hərbi qulluqçuları Belarus Respublikası ərazisində yerləşir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir.
"Sərbəst buraxılan bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına çatdırılacaqlar”, - Rusiya MN bildirib.
Nazirlikdən onu da əlavə ediblər ki, Birləşmiş Ərəb Əmirlikləri rusiyalıların əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.