RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyevin Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmaq şansı yoxdur

Keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritterin fikrincə, Rusiya Silahlı Qüvvələri inanılmaz dərəcədə güclüdür - bu, hazırkı reallıqdır.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Ukrayna tərəfinin Rusiya ordusunun irəliləməsini dayandırmaq üçün resursları yoxdur. Bu sözləri "Judging Freedom" YouTube kanalında keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritter deyib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri inanılmaz dərəcədə güclüdür - bu, hazırkı reallıqdır. Ukraynanın heç bir şansı yoxdur, o, yalnız terror aktları və çirkin hərəkətlərlə məşğuldur.

"Ukraynanın hazırda edə biləcəyi hərəkət, son vaxtlar onlarda çox yaxşı alınan ölməkdir", - Ritter deyib.

O, jurnalistin Ukraynanın hara getdiyini soruşan sualını da cavablandırıb. Keçmiş kəşfiyyatçı onun "düz cəhənnəmə getdiyini" bildirib.
Bundan əvvəl Rusiya hərbçilərinin xüsusi əməliyyat zonasında bütün təmas xətti boyunca strateji üstünlüyə malik olduğu bildirilib. Onların irəliləyiş sürəti son bir ildə xeyli artıb. Hazırda irəliləyiş sutka ərzində 1-2 km-dir, bir il əvvəl isə bu rəqəm 200-300 m idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.