Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ümumi ticarət dövriyyəsi 5,7 milyard dolları ötüb.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddət ərzində Belarus Azərbaycanla ticarət dövriyyəsinin artımına görə Birlik ölkələri arasında lider olub. İki ölkə arasında ticarət dövriyyəsi 47,7% artaraq 403,9 milyon dollara çatıb.
MDB ölkələri arasında bu göstərici üzrə ikinci yerdə Qazaxıstan (ticarət dövriyyəsinin 38,7% artımı - 393,8 milyon dollara qədər) və Rusiya (ticarət dövriyyəsinin 14,5% artımı - 3,9 milyard dollara qədər) dayanır.
Eyni zamanda, MDB ölkələri arasında Moldova Azərbaycanla ticarət dövriyyəsini maksimum 37,02% azalaraq 8,3 milyon dollara çatdırıb.
İnfoqrafika: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi
© Sputnik / Elnur Salayev