BAKI, 29 dekabr — Sputnik. ABŞ və NATO Rusiya Federasiyasına yeni raket təhdidləri yarada biləcəyi təqdirdə, Rusiya onlara qəti cavab verəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışı zamanı deyib.
“Biz istənilən ssenariyə hazırıq. Əgər yeni raket təhdidləri yaranarsa, rəqiblər hərbi-texniki əks tədbirlər şəklində qəti cavab alacaqlar”, nazir bildirib.
Bu arada alyansın hüquqşünasları Rusiyanın Avropadakı bazalarına zərbə endirmək hüququnu tanıyıblar.
Xatırladaq ki, bu yaxınlarda rusiyalı senator Aleksey Puşkov Ukraynanın NATO-ya daxil olmasının Rusiya Federasiyası üçün qəbuledilməz olmasının iki səbəbini açıqlayıb.