Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Deputat: Qəzadan qazanc güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir

Deputatın fikrincə, təyyarə qəzasının səbəbi hər gün genişlənən və Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsidir.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. Təyyarə qəzasından qazanc məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, yerə çırpılan hava gəmisini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi məhbəsindədir:
"Dövlətin sosial siyasətini linç etməyə qalxanlar həlak olanların birinin dəfn mərasiminə qatılıb ailələrinə mənəvi-maddi yardım etməyiblər. Ölənlərin coğrafi mənsubiyyətini - Balakən və Qusardan olmalarını istismar edib milli-etnik toqquşma çıxarmaq istəyənlər unudur ki, Şəhidlər xiyabanı milli birliyimizin müqəddəs ünvanıdır".
Deputatın fikrincə, təyyarə qəzasının səbəbi hər gün genişlənən və Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsidir.
"Hələ ki gec deyil, nüvə partlayışı olmamış savaşı durdurun! Bütün regionu zəhərləyən, coğrafiyası genişlənən müharibənin dayandırılması üçün BMT-yə çağırış edirik - təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir", - o vurğulayıb.