DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkmənistan Hava Yolları Moskvaya uçuşları bir ay müddətinə dayandırıb

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Türkmənistan Hava Yolları dekabrın 30-dan etibarən Aşqabaddan Moskvaya uçuşları bir ay müddətinə dayandıracaq. bu barədə aviaşirkətin mətbuat xidməti xəbər verir.
"Hörmətli sərnişinlər, dekabrın 30-dan yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər ləğv edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, sərnişinlər artıq alınmış biletlərin pulunu tam şəkildə geri ala biləcəklər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.