BAKI, 28 dekabr — Sputnik. Şimali Koreyanın uzunömürlü vətəndaşı O Qım Sun ölkə lideri Kim Çen Indan təbrik və qeyri-adi ad günü hədiyyəsi alıb.
Ətraflı məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) verib.
Qadının 100 yaşı tamam olub. Bu münasibətlə Kim Çen In yubilyara "bayram süfrəsi" göndərib. Hədiyyə Cənubi Hamqyon əyalətinin Kımya rayonunun Çxoin kəndinə göndərilib.
"Rayon partiya komitəsinin rəhbər işçiləri və kəndlilər nənəni təbrik edib və sevinclərini ailə üzvləri ilə bölüşüblər" - məlumatda qeyd olunub.
Söhbət məhz "bayram masası", yəni ərzaq məhsullarından gedir. Kim Çen In elə hədiyyələr göndərib ki, 100 yaşlı qadın bayramı öz yaxınları ilə ürəyi istədiyi kimi keçirə bilsin.
Bundan əvvəl Şimali Koreya lideri özü də təbriklər almışdı. Rusiya lideri Vladimir Putin siyasətçini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.