TƏHSİL

Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Belə ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.
Həmçinin 2024-cü ildə 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-də monitorinqlər aparılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70 faizində yoxlamalar aparılıb. Monitorinqin nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib.