VİDEO

2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri necə olacaq?

Ekspert hesab edir ki, 2025-ci ildə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Ermənistanla sülh müqaviləsinin imzalanması olacaq.
Sputnik
Ötən il ölkə üçün mühüm daxili siyasi hadisələrlə yadda qalıb. Bununla yanaşı, Ermənistanla danışıqlar prosesi davam edib və müqavilərnin 15 maddəsi və giriş hissəsi artıq razılaşdırılıb.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında danışıb.
"Yalnız iki məqamı müzakirə etmək qalır ki, bu da əsasən üçüncü ölkələrə aiddir, onların nümayəndələri Ermənistan-Azərbaycan sərhədində olmamalıdır", ekspert vurğulayıb.
Politoloq xatırladıb ki, Azərbaycanın Ermənistana qarşı hələ də qanuni tələbləri var.
"Əminəm ki, 2025-ci il Azərbaycan üçün həm iqtisadi kontekstdə, həm də xarici siyasət baxımından uğurlu il olacaq", Hüseynov fikrini yekunlaşdırıb.