BAKI, 26 dekabr — Sputnik. Dekabrın 26-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 26-da kimlər anadan olub?
Əminə Dilbazi (1919-2010) - Azərbaycan rəqqasəsi, xoreoqrafı və Azərbaycan SSR xalq artistidir. O, "İnnabı", "Tərəkəmə", "Mirzəyi", "Turacı", "Naz eləmə" rəqslərinin misilsiz ifaçısıdır.
Амина Дильбази
© Photo : Courtesy of Parvin Muradova
Mao Tszedun (1893-1976) - Çin dövlət və siyasi xadimi və 1949-cu ildə Çin Xalq Respublikasının qurucusudur.
Mao Tszedun
© Sputnik / Дмитрий Бальтерманц
Mixail Boyarski (1949) - Rusiya teatr və kino aktyoru, müğənni, televiziya aparıcısı və RSFSR xalq artistidir. O, 1988-ci ildən 2007-ci ilə qədər Sankt-Peterburqda yaratdığı "Benefis" teatrının bədii rəhbəri olub.
Lars Ulrix (1963) - amerikalı rok musiqiçi, barabançı və "Metallica" qrupunun yaradıcılarından biridir.
Jared Leto (1971) - amerikalı rok musiqiçi və aktyordur. O, "Thirty Seconds to Mars" alternativ rok qrupunun vokalistidir.
Jared Leto
© Sputnik / Евгения Новоженина
Kit Harinqton (1986) – İngiltərənin teatr və kino aktyorudur. O, "Taxt-tac oyunları" serialında Con Snou rolunu canlandırıb.
Kit Harinqton
© Sputnik / Екатерина Чеснокова
Dekabrın 26-da dünyada baş verən tarixi hadisələr
1805-ci ildə Austerlits döyüşündə Avstriya və Rusiyanın məğlubiyyətindən sonra Presburq sülhü imzalannıb. Ona görə Avstriya Napoleona İtaliya kralı olaraq Venesiya vilayətini, İstriyanı (Triestdən başqa) və Dalmatiyanı verib. İtaliyadakı bütün fransız işğallarını tanıyıb. Bundan əlavə, Avstriya Napoleonun Almaniyadakı əsas müttəfiqlərinin hakimiyyəti altına keçən Karintiyanın qərbindəki bütün mülklərindən məhrum edilib.
1825-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda dekabristlərin üsyanı kimi tanınan dövlət çevrilişinə cəhd edilib.
1898-ci ildə fransız alimləri Mariya və Pyer Kyuri Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 88-ci element olan radiumu kəşf ediblər. Təxminən 0,1 q təmiz radium əldə etmək üçün Kyurinin bir ton uran filizinə ehtiyacı olub.
1919-cu ildə RSFSR Xalq Komissarları Şurası "RSFSR-də savadsızlığın aradan qaldırılması haqqında" dekret qəbul edib, buna görə Sovet Rusiyasının 8 yaşından 50 yaşa qədər oxuyub-yazmağı bilməyən bütün əhalisi ana dilində və ya rus dilində oxumağı və yazmağı öyrənməyə borcludur (dil seçimi istəyə görədir).
1946-cı ildə Las-Veqasda "Flamingo" adlanan ilk kazino açılıb.
1968-ci ildə "Ostankino" televiziya qülləsinin tikintisi başa çatıb.
1991-ci ildə SSRİ Ali Sovetinin Respublikalar Şurası Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar SSRİ-nin mövcudluğuna xitam verilməsi haqqında bəyannamə qəbul edib. Həmin gün Kremldə SSRİ-nin qırmızı bayrağı endirilib. İttifaqın dağılması ilə onun tərkibində olan on beş respublika müstəqillik əldə edib.
2004-cü ildə Hind okeanında baş verən 9,5 bal gücündə zəlzələdən sonra yaranan sunami Şri-Lanka, Tayland, Malayziya və Somalidə 230 min insanın həyatına son qoyub.