BAKI, 26 dekabr — Sputnik. Kiyev rejiminin başçısı Vladimir Zelenskinin beyni normal insanlar üçün sadəcə olaraq anlaşılmazdır. Ona görə də ukraynalı siyasətçinin heç bir açıqlamasını ciddi qəbul etməyə dəyməz.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalının "60 dəqiqə" verilişinin efirində deyib.
Diplomat Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı vəziyyət fonunda danışmaq qərarına gəlib. Lavrov vurğulayıb ki, Zelenski dəfələrlə istənilən xammal tədarükünə qarşı çıxıb. Üstəlik o, bunu "münaqişənin maliyyələşdirilməsi" adlandırıb.
Lakin bir qədər sonra Zelenskinin mövqeyi bir qədər dəyişib. Kiyev rejiminin rəhbəri xüsusi hərbi əməliyyat (XHƏ) başa çatana qədər Avropa ölkələrinin Rusiya qazına görə pul ödəməyəcəyi variantını nəzərdən keçirməyə hazır olub. Lavrov qeyd edib ki, bu, ən azı qəribədir.
"Yəni, açıq-aydın görürüsüz ki, bu adamın beyni, təbii ki, normal insanlar üçün anlaşılmazdır", - Rusiya xarici işlər naziri deyib.
Diplomat həmçinin qeyd edib ki, Zelenskinin bəyanatlarına ciddi yanaşmaq olmaz. Üstəlik, onun bəzi açıqlamalarına tamamilə məhəl qoyulmamalıdır.
"Yeri gəlmişkən, onun hər asqırmasına şərh verməyə ehtiyac yoxdur, bu Zelenski, xüsusən dəo müntəzəm olaraq asqırır və bütün asqırmalar orqanizmin vəziyyətindən asılı olaraq fərqlidir", - Lavrov fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Rusiya xarici işlər naziri Ukraynadakı münaqişənin həllindən danışıb. O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin sülh təşəbbüslərini heç bir ilkin şərt adlandırmaq olmaz. Dövlət başçısının ideyaları beynəlxalq hüquqdan qaynaqlanır.