BAKI, 25 dekabr — Sputnik. Rusiya 2024-cü ildə Avropa Birliyinə qaz tədarükünü artırıb. Artım 25% - 49,6 milyard kubmetrə qədər qeydə alınıb.
"RİA Novosti" bu barədə "Bruegel" analitik şirkətinin məlumatlarına istinadən xəbər verib.
Söhbət son 11 aydan - bu ilin yanvar-noyabr aylarından gedir. Əsas artım boru kəməri tədarükü sayəsində əldə edilib. Burda rəqəmlər 26 faiz artaraq hazırda 30,3 milyard kubmetrə çatıb. Bu, bütün Avropa qaz idxalının 11,1 faizini təşkil edir. Ötən il bu rəqəm 8,4 faiz səviyyəsində olub.
Mayeləşdirilmiş təbii qazın tədarükündə də artım qeydə alınıb. Burada rəqəmlər 18,2 faiz artıb və hazırda 19,3 milyard kubmetrə çatır. Ötən il Rusiyanın payı 5,7 faiz, bu il isə 7,1 faiz təşkil edib.
Ümumilikdə, Avropa İttifaqının qaz idxalının 18,3 faizi Rusiya Federasiyasının payına düşüb. 2023-cü ildə bu rəqəm 14 faizə çatıb. Çatdırılmalar "Türk axını" və yalnız bundan sonra Ukrayna tranziti ilə həyata keçirilib.
Daha əvvəl bildirilmişdi ki, Qətərin neft-qaz şirkəti olan "Qatar Energy", üzv ölkələrin şirkəti illik gəlirinin 5%-i məbləğində cərimə edəcəyi təqdirdə Avropa İttifaqına MTQ tədarükünü dayandıracaq. Bununla yanaşı, karbon qazı meyarlarına əməl etmədiyinə görə şirkətə cərimələr tətbiq oluna bilər.