RUSİYA

Putin Ukrayna ilə münaqişəyə son qoymağa çalışdığını açıqladı

Putin onu da deyib ki, lazım gələrsə, Rusiya Federasiyası yenidən "Oreşnik"dən istifadə edə bilər, lakin tələsmir.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. Rusiya Federasiyası Ukraynadakı münaqişəyə son qoymağa çalışır.
Bunu Rusiya prezidenti Vladimir Putin bu gün MDB və Avrasiya İqtisadi İttifaqının iclaslarının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Putin deyib ki, Bayden ona Ukraynanın NATO-ya qəbulunu təxirə salmağı hələ 2021-ci ildə təklif edib.
Putin Rusiyanın öz ərazisinə edilən hücumlara həmişə cavab verəcəyini söyləyib.
"Lazım gələrsə, Rusiya Federasiyası yenidən Oreşnikdən istifadə edə bilər, lakin o, tələsmir", - deyə o vurğulayıb.
Putin bildirib ki, “Oreşnik” raket sistemlərinin sayı çox deyil, lakin onlar mövcuddur: "Daha güclü orta mənzilli silahlardan istifadə etmək zərurəti yaranarsa, biz onlardan istifadə edəcəyik".