BAKI, 26 dekabr — Sputnik. Ermənistan MDB və Avrasiya İqtisadi İttifaqının (Aİİ) mühüm iştirakçısı olaraq qalır və ermənixalqı bu iştirakdan çoxlu dividendlər qazanır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ermənistan KTMT formatında iştirakını dayandırıb, lakin buna baxmayaraq, Ermənistan həm Aİİ-də, həm də MDB-də çox mühüm iştirakçıdır. Bunda həm MDB-nin özü, həm də bizim erməni dostlarımız maraqlıdır", – Peskov jurnalistlərə bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburq yaxınlığındakı İqora kurort kompleksində keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. O, COVID testi müsbət çıxdığı üçün iştirak edə bilməyəcəyini açıqlayıb. Paşinyanın dekabrın 26-da İqora kompleksində keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında videobağlantı vasitəsilə iştirak edəcəyi gözlənilir.
"Təəssüf ki, bu, test müsbət nəticələnib, lakin sabah baş nazir Paşinyan hələ də Aİİ sammitində tam tərkibdə iştirak edəcək", - Peskov vurğulayıb.