BAKI, 26 dekabr — Sputnik. Aİİ ölkələri Avrasiya nəqliyyat dəhlizləri ilə hərəkət edərkən yük maşınlarının icazə verilən maksimum çəkiləri, yükləri və ölçüləri haqqında saziş imzalayıblar.
Bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb.
Avrasiya nəqliyyat dəhlizlərinə İttifaq ölkələrinin ən mühüm dövlətlərarası yollarının əksəriyyəti daxildir.
AİK-in energetika və infrastruktur naziri Arzıbek Kojoşevin Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətinə verdiyi şərhdə qeyd etdiyi kimi, indi ölkələr nəinki vahid göstəriciləri təsdiqləyəcək, həm də ittifaqın digər ölkələrinin daşıyıcılarından əlavə səyahət icazəsi tələb etməyəcəklər (əvvəllər bu, bir ölkədə icazə verilən parametrlər digərindən daha aşağı olduqda tələb olunurdu).
AİK nazirinin sözlərinə görə, bu, yükdaşıma xərclərini azaldacaq və Aİİ-də nəqliyyat xidmətləri üçün ümumi bazarın yaradılması istiqamətində daha bir addımın atılmasına kömək edəcək.
Saziş hər beş ölkədə ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.