BAKI, 25 dekabr — Sputnik. Rusiyanın Qazaxıstandakı səfirliyi təyyarə qəzasında xəsarət alanlara yardım göstərilməsi məsələsi ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.
"Rusiyanın Qazaxıstandakı səfirliyi, eləcə də bu ölkədəki xarici nümayəndəliklərimiz təyyarə qəzasında zərərçəkənlərə yardımın göstərilməsi məsələsi ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır".
Zaxarova qeyd edib ki, Rusiyanın Astanadakı səfirliyinin internet saytında və hesablarında həlak olanların yaxınlarının əlaqə saxlaya biləcəyi Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin qaynar xətti haqqında məlumat dərc edilib.
"Qazaxıstanda işləyən rusiyalı diplomatları vəziyyəti izləyəcək və bu məsələ ilə bağlı onları operativ məlumatlandıracaqlar", - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Qroznı reyslə uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb.