Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Nikol Paşinyan AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı başsağlığı verib

Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Sputnik
BAKI, 25 dekabr - Spurnik. Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz", - Ermənistanın Baş naziri qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Yaralıları və cənazələri daşıyan ikinci təyyarə Bakıya eniş edib - Video