TƏHSİL

Ən çox imtina verilmiş universitetlərin adları açıqlanıb

Tural Əhmədov onlardan 6-nın Rusiya, ikisinin Gürcüstan, ikisinin isə Ukrayna universitetləri olduğunu söyləyib.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) edilən müraciətlərin təhlili nəticəsində tanınma üzrə ümumi tələblərə cavab vermədiyi üçün ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlərin siyahısı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O həmin univeristetlərin onluq siyahısını təqdim edib:
1) Gürcüstan - Avropa Tədris Universiteti
2) Ukrayna - Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Üniversiteti
3) Gürcüstan - Gürcüstan Yeni Universiteti
4) Ukrayna - Avqustin Voloşin adına Karpa Universiteti
5) Rusiya Federasiyası - Sankt-Peterburq Xarici İqtisadi əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu
6) Rusiya Federasiyası - Cənubi Rusiya Humanitar İnstitutu
7) Rusiya Federasiyası - Dərbənd Humanitar İnstitutu
8) Rusiya Federasiyası - Müasir Humanitar Akademiya
9) Rusiya Federasiyası - Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti
10) Rusiya Federasiyası - Dünya İqtisadiyyatı İnstitutu.