Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Ekspert təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı ehtimalını açıqladı

Ekspert qeyd edir ki, quş sürüsü ilə toqquşma zamanı təyyarənin idarəetmə sistemi sıradan çıxa bilər.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatların Bakı_qrzonı reysli uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Faciəvi hadisə nəticəsində çox sayda ölənlər və yaralananlar var.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Bildirilir ki, "Azərbaycan Hava Yolları"nın reysi dekabrın 25-i səhər saatlarında fövqəladə vəziyyət siqnalı verib. Təyyarə həmin an Xəzər dənizinin üzərində olub. AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Sputnik Azərbaycana-a bildirib ki, ilkin verilən informasiyalarda olan qeyri-müəyyənlik konkret səbəbləri aydınlaşdırmağa imkan vermir: "Bununla ortaya atılan versiyalardan aydın olur ki, Qroznıya uçmalı olan təyyarə hansısa səbəbdən Aktauya uçuş qərarı verib. İkincisi xəbər verilir ki, Bakıdan uçan təyyarə bir saat sonra qəza şəraiti barədə məlumat verib. İlkin ehtiaml kimi də quş sürüsü ilə toqquşmanı qeyd edirlər. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, quş sürüsü ilə toqquşma nəticəsində baş verən təyyyarə qəzalarının böyük əksəriyyəti təyyarənin eniş və qalxış vaxtında baş verir. Onu da nəzərə almaq lazımdır ki, quş sürüsü 100-150 metrdən yuxarıda uçmur".
Ekspert qeyd edir ki, quş sürüsü ilə toqquşma zamanı təyyarənin idarəetmə sistemi sıradan çıxa bilər: "Hazırkı şəraitdə infirmasiyalar təqdimatı dəqiq və dolğun olmadığı üçün konkret səbəbdən danışmaq mümkün olmur. Hazırda qəzaya uğrayan təyyarə AZAL tərəfindən 13 ildir istifadə olunur. Qəzaya uğrayan təyyarə ötən gün Volqoqrada uçuş edib. Bilirik ki, hər uçuşdan sonra təyyarələr texniki qulluq edilməlidir. Qəzaya uğrayan təyyarənin hansı əsasla Aktauya uçuş qərarı qəbul etməsi suallar yaradır. Bu qəzanın baş verməsini quş sürüsü ilə toqquşma yox, texniki nasazlıqla əlaqələndirərdim"
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil