DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ prezidenti ölkənin müdafiə büdcəsini təsdiqlədi: fantastik rəqəm açıqlandı

Bayden ABŞ-ın 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. ABŞ-ın hazırkı Prezidenti Co Bayden 2025-ci il üçün müdafiə büdcəsini təsdiqləyib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident 2025-ci maliyyə ili üçün Milli Müdafiə vəsaiti haqqında aktı qanun olaraq imzalayıb", - məlumatda deyilir.

Bu yaxınlarda həmin fantastik məbləğin müdafiə büdcəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən razılaşdırılıb.
Co Bayden, arxiv şəkli
Bu ilin yazında ABŞ prezidenti Co Baydenin administrasiyası yeni maliyyə ilində müdafiə xərclərini artırmaq üçün Konqresə sorğu göndərib. Ağ Ev 2025-ci maliyyə ilində müdafiə xərclərinin 1% artırıaraq 849,8 milyard dollara qədər çatdırılmasını tələb etmək niyyətində olub. Eyni zamanda, beşinci nəsil F-35 qırıcılarına və "Virciniya" sinifli çoxməqsədli nüvə sualtı qayıqlarına xərclərin azaldılması da planlaşdırılıb.
Yeri gəlmişkən, 2023-cü ildə ABŞ hakimiyyəti o vaxtlar hesab edilən tarixin ən böyük müdafiə büdcəsini qəbul edib və Ukraynanı bundan məhrum edib. Hərbi maşın 2024-cü ildə ABŞ vergi ödəyicilərinə 886 milyard dollara başa gəlib. Əvvəlki illə müqayisədə məbləğ 3% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.