NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yeni il ərəfəsində neft bahalaşır

Yeni il bayramı ərəfəsində ticarətin zəifləməsinə baxmayaraq, müsbət bazar proqnozları qiymətlərin qalxmasına səbəb olub.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətlərində artım müşahidə edilir. Yeni il bayramı ərəfəsində ticarətin zəifləməsinə baxmayaraq, müsbət bazar proqnozları qiymətlərin qalxmasına səbəb olub. ABŞ-nin möhkəm iqtisadi perspektivləri də qiymətləri dəstəkləyir.
"Brent" markalı neft 33 sent artaraq 72,96 dollar, ABŞ-nin Qərbi Texas nefti 29 sent artaraq 69,53 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 86 sent azalaraq 74,26 dollar təşkil edib.
Qeyd edək ki, "OPEC plyus" ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəlib. Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.