BAKI, 24 dekabr — Sputnik. Bakının hər bir dalanı və küçəsi müxtəlif şəkildə bəzədilib, ona görə də gəzmək və şəkil çəkdirmək üçün çoxlu gözəl yerlər var. Artıq şəhərin mərkəzində hündürlüyü 20 metr olan Azərbaycanın əsas "Yolka" ağacı quraşdırılıb. Onun bəzədilməsi üçün 25 min metrlik LED işıqlardan istifadə edilib.
"Yolka" ağacları həmçinin ənənəvi olaraq el şənliklərinin keçirildiyi yerlərdə - Bakı bulvarında, Fəvvarələr meydanında və digər park və meydanlarda quraşdırılıb.
Bakıda böyük yarmarkaların olması da hər kəsdə Yeni il əhval-ruhiyyəsi yaradır – burada "Yolka" ağaclarının bəzədilməsi üçün oyuncaqlar və hər cür aksessuarlar əldə edə biləcəyiniz yüzlərlə pavilyonlar fəaliyyət gəstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.