BAKI, 24 dekabr — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna böhranının həlli üçün vasitəçilərə ehtiyacı yoxdur. Bu fikirləri "RİA Novosti"yə müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto deyib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, münaqişənin bütün tərəfləri arasında razılaşma və kiminsə vasitəçi olması üçün ümumi istək olmalıdır. Siyyarto hazırda bunu görmədiyini söyləyib.
"Digər tərəfdən, mən bilirəm və ya mənə elə gəlir ki, Prezident Trampı heç bir vasitəçiyə ehtiyacı olmayan biri kimi tanıyıram", – diplomat qeyd edib.
O, Macarıstanın baş naziri Viktor Orbanın vasitəçi kimi çıxış etməsi ehtimalını da şərh edib. Siyyarto hesab edir ki, Tramp birbaşa Vladimir Putin və Vladimir Zelenski ilə əlaqə saxlamalıdır.
Bundan əvvəl Siyyarto bildirib ki, Macarıstan Ukraynadakı böhrana son qoymaq üçün əlindən gələni edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.