BAKI, 24 dekabr — Sputnik. NATO-nun baş katibi Mark Rutte Vladimir Zelenskidən dəfələrlə Almaniya kansleri Olaf Şoltsu Kiyevə "Taurus" qanadlı raketləri verməkdən imtina etdiyinə görə açıq şəkildə tənqid etməyi dayandırmağı xahiş edib.
"DPA" agentliyinin verdiyi məlumata görə, bunu Mark Rutte özü bəyan edib.
"Mən Zelenskiyə vaxtaşırı demişəm ki, Olaf Şoltsu tənqid etməyi dayandırsın, çünki bunun ədalətsiz olduğunu düşünürəm", - Rutte bildirib.
Eyni zamanda, NATO-nun baş katibi qeyd edib ki, Almaniya kanslerinden fərqli olaraq, o, "Taurus" raketlərinin Ukraynaya ötürülməsinin lehinə qərar verərdi və onların istifadəsində Kiyev rejimini məhdudlaşdırmazdı.
Daha əvvəl bildirilmişdi ki, Olaf Şolts Ukraynaya Ukrayna Silahlı Qüvvələri üçün alman əsgərləri və "Taurus" qanadlı raketlərini göndərməkdən imtina edib. Almaniya kansleri ölkənin təhlükəsizliyinə xələl gətirmək istəmədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.