BAKI, 24 dekabr — Sputnik. İran və Rusiya gələn il yanvarın sonunda hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalaya bilər. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.
"Ümid edirəm ki, bu sənəd ayın sonunda imzalanacaq", - Bəqai deyib.
Bundan əvvəl Rusiya və İran iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.
Mətbuatda sənədin BRİKS-in Kazanda keçiriləcək sammiti zamanı imzalana biləcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin ölkələrin prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Türkmənistanda söhbət zamanı sənədin İran prezidentinin Rusiya Federasiyasına ayrıca səfəri zamanı imzalamaq barədə razılığa gəliblər.