Rtişşev ABŞ-ın Afrika ölkələrindəki hərbi-bioloji fəaliyyətini faktlarla ifşa etdi
Rusiya rəsçmisi bildirib ki, maliyyələşmə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, həmçinin Pentaqonla sıx əməkdaşlıq edən podratçılar və xeyriyyə fondları vasitəsilə həyata keçirilir.
SputnikBAKI, 24 dekabr — Sputnik. Pentaqonun maraq göstərdiyi xəstəliklər pandemiyaya çevrilir, ABŞ əczaçılıq şirkətləri isə onun benefisiarlarına çevrilirlər. Bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəis müavini Aleksey Rtişşev bildirib.
Rtişşov nümunə olaraq Qahirədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi bioloji laboratoriyasında qeydə alınan sarı qızdırma, meymun çiçəyi və Rift Vadisi qızdırmasını göstərib.
"ABŞ 2014-cü ildə Syerra-Leonedən qeyri-qanuni şəkildə Ebola virusunun nümunələrini alıb. Xatırladaq ki, Metabiota şirkətinin fəaliyyəti hazırda Afrikada dayandırılıb. Pentaqonun əməkdaşlarının işə cəlb edilməsi faktı üzrə aydın olub ki, bu fəaliyyətin əsas məqsədi virulent ştammların qaçaqmalçılığı idi. Şirkətin nümayəndələri tərəfindən həmim ştammlar ölkədən çıxarılaraq ABŞ Ordusunun İnfeksion Xəstəliklər Elmi-Tədqiqat İnstitutuna təhvil verilib", - Rtişşev bildirib.
Rtişşov bildirib ki, ABŞ Rusiya və Çinin onun hərbi-bioloji proqramlarını ifşa etməsindən narahatdır.
O qeyd edib ki, Vaşinqton öz fəaliyyətinin məqsədlərini yoluxucu xəstəliklərin monitorinqi və inkişaf etməkdə olan ölkələrə yardım göstərmək kimi təqdim edir:
"Təcrübədə isə aydın olur ki, ABŞ Bakterioloji və Toksin Silahlarının Qadağan edilməsi haqqında Konvensiya üzrə öhdəliklərindən yan keçərək hərbi-bioloji potensialını artırır. ABŞ Afrikanın 18 ölkəsində infeksiyaların yaranmasının xüsusiyyətlərini və patogenlərin dərmanlara davamlılığını öyrənmək üçün layihə həyata keçirir. "Patogen Genomlar" təşəbbüsünün bir hissəsi olaraq, infeksiyaların baş verməsinin xüsusiyyətləri və patogen mikroorqanizmlərin tibbi dərmanlara qarşı müqaviməti öyrənilir, layihənin həyata keçirilməsində 20-dən çox bioloji obyekt iştirak edir".
Onun sözlərinə görə, maliyyələşmə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, həmçinin Pentaqonla sıx əməkdaşlıq edən podratçılar və xeyriyyə fondları vasitəsilə həyata keçirilir.
Rtişşev deyib ki, hərbi bioloji tədqiqatların təşkili üçün Pentaqon digər məsələlərlə yanaşı, Afrika ölkələrinin mövcud infrastruktur və potensialından istifadə edir:
"ABŞ Seneqalda 35 milyon dollara laboratoriya kompleksi tikir, podratçılar Ermənistan, Gürcüstan, Qazaxıstan və Ukraynada olduğu kimidir. Onların arasında "CH2 Hill", "Metabiota", "Black & Veatch" var. Nigeriyada 2024-cü ildə bu ölkənin silahlı qüvvələrinin birgə tibbi tədqiqat mərkəzi və hərbi tibb laboratoriyası yaradılıb, onun heyətinə ABŞ Müdafiə Nazirliyinin daimi əsaslarla 10 mütəxəssisi daxildir. ABŞ Ordusu Keniya Sahə Stansiyası Şəbəkəsi vasitəsilə Ekvatorial Afrikada yoluxucu xəstəliklərin yayılmasına nəzarət edir".
Onun sözlərinə görə, ABŞ Gürcüstan və Ukraynada sınaqdan keçirilmiş bioloji risklərin idarə edilməsi sistemindən Afrikada fəal şəkildə istifadə edir.
"Daxil olan sənədlərin təhlili əsasında Amerika administrasiyası tərəfindən digər dövlətlərin ərazisində bioloji riskləri idarə etmək üçün yaradılmış sistemin strukturu aydın oldu ki, o, Ukrayna və Gürcüstanda uğurla sınaqdan keçirilib və hazırda Afrika qitəsində fəal şəkildə istifadə olunur", - Rtişşev deyib.
Rtişşevin sözlərinə görə, bu sistemin fəaliyyəti endemik ərazilərdə və təbii ocaqlarda patogenlərin əldə edilməsinə, bioloji vəziyyətin monitorinqinə və onun öz maraqlarına uyğun idarə olunmasına yönəlib. Tapşırıqlardan biri hərbi kontingentlərin yerləşdirilməsinin təklif olunan ərazilərində geosiyasi rəqiblərin sərhədləri boyunca epidemioloji vəziyyəti təhlil etməkdir. O xatırladıb ki, Amerikanın bioloji nəzarət sisteminin Afrikada yerləşdirilməsi artıq sübut olunmuş ssenari üzrə həyata keçirilir.
"İlk növbədə, bir bölgədə qarayara və tulyaremiya, digər bölgədə dabaq və taun xəstəliklərinin müntəzəm baş verməsi ilə bağlı narahatlıqlar ifadə olunur yerli Səhiyyə Nazirliyi amerikalı həmkarları qeyd edir ki, bu cür hadisələr regionun iqtisadi potensialının inkişafına xələl gətirir və bioloji təhlükələri zərərsizləşdirmək üçün mütəxəssislərin hazırlığı sual altındadır". Rtişşev qeyd edib.
Rusiyalı rəsmi qeyd edib ki, bunun fonunda bir-iki il ərzində təhlükəli patogenləri və onların mutasiya mexanizmlərini öyrənilərək, müasir peyvəndlər hazırlanıb sınaqdan keçiriləcək xəstəliklərin diaqnostikası və dərman vasitələrinin sınaqdan keçirilməsi mərkəzinin yaradılması təklif olunur:
"Eyni zamanda, yerli mütəxəssislərin ABŞ Müdafiə Departamentinin Təhdidlərin Azaldılması Ofisinin (DTRA) tədqiqat layihələrinə cəlb edilməsi nəzərdə tutulur. Bu məqsədlə ABŞ mərkəzin əməkdaşları üçün üç aylıq təlim proqramı hazırlayacağı bildirilir".
Bundan əlavə, Rtişşevin sözlərinə görə, regional informasiya sistemlərinin ABŞ-ın elektron xəstəliklərə nəzarət sisteminə inteqrasiyası məsələsi müzakirə olunur:
"Bu məqsədlər üçün, bir qayda olaraq, dərhal 5 milyondan 10 milyon dollara qədər vəsait ayrılır, maliyyələşmənin 20 milyona qədər artırılması mümkündür. ABŞ Qana və Cibutidə Hərbi Dəniz Qüvvələrinin hərbi tibb mərkəzinin filiallarını yerləşdirib, onlar təbii xəstəliklərin ocaqlarında işləyir, patogenləri ayırırlar. Bütün bunlar göstərir ki, ABŞ-ın Afrikadakı hərbi-bioloji mövcudluğu sürətlə artır. Birləşmiş Ştatlar Afrikaya təhlükəli infeksiyaların patogenlərinin qeyri-məhdud təbii anbarı və eksperimental dərmanlar üçün sınaq meydançası kimi baxır", - Rtişşev yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.