SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin-Tramp görüşü niyə Bakıda keçirilə bilər?

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Vladimir PutinDonald Tramp arasındakı mümkün danışıqlara hazırlıq gedir. Görüş üçün üç neytral paytaxtın adı çəkilir. Onlardan biri MDB-də (güman edilir ki, Astana və ya Bakı), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü isə İstanbul olaraq göstərilir. Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir.
Qeyd edək ki, məhz Bakıda Rusiya Baş Qərargahı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbərlərinin daimi görüşləri keçirilib. Yəni, iki ölkə rəsmilərinin Azərbaycanda görüşünün keçirilməsi üçün təcrübə mövcuddur.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib

"Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var", - Uşakov bildirib.

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Trampla Putin arasında görüşün baş tutma ehtimalı böyükdür:
"ABŞ-da prezident seçkiləri baş tutmazdan öncə Rusiya liderinin Trampla mümkün görüşü ilə bağlı ehtimallar irəli sürülürdü. Bu, Trampın özünün də sərgilədiyi mövqeyə uyğundur. Tramp da Rusiya ilə təmasları vacib hesab edir. Təbii ki, burada ən əsas məqamlardan biri görüşün keçiriləcəyi məkanın dəqiqləşdirilməsidir. Hesab edirəm ki, bu ən yüksək təhlükəsizlik tələblərinə cavab verən bir yer olmalıdır".
Elşad Mirbəşiroğlu

"Dünyada geosiyasi proseslər barışmaz xarakter almaqla yanaşı, həm də çox ciddi turbulentlik kəsb etməkdədir. Bu baxımdan geosiyasi rəqabətin ən kəskin olduğu bir səviyyədə dünyanın iki əsas gücü olan Rusiya və ABŞ liderlərinin görüşməsi həm birbaşa tərəflər üçün, həm də dünyadakı vəziyyət üçün əhəmiyyətlidir. Rusiyanın cərəyan edən geosiyasi proseslərə təsiri çox ciddidir, eləcə ə eyni şeyi ABŞ barədə deyə bilərik. Bu baxımdan hər iki ölkənin baxışları bütövlükdə dünyadakı vəziyyətə çox ciddi təsir göstərir. Bu mənada Bakı ən uyğun variant ola bilər", - professor qeyd edib.

Elşad Mirbəşiroğlu xatırladıb ki, bu vaxta qədər ABŞ, NATO rəhbərlərinin rusiyalı həmkarları ilə Bakıda görüşü baş tutub.
Donald Tramp, arxiv
Onun sözlərinə görə Bakıda keçirilən bu görüşlərlə bağlı məxfilik qorunub:
"Belə görüşlər keçirilən zaman mediaya məlumatların sızdığını görmüşük. Rusiya və ABŞ hərbi rəhbərliyi arasında görüş keçirilərkən məxfilik və yüksək peşəkarlıq təmin olunubdur. Ehtimal var ki, Bakı belə bir görüşün keçirilməsi üçün ideal məkan ola bilər. Ayrıca olaraq, Azərbaycanın tərəflərlə münasibətləri də buna imkan verir. Azərbaycanın xarici siyasətinin ana prinsiplərindən biri odur ki, bütün dünya ölkələri ilə konsturktiv məcrada münasibətlər inkişaf etdirilsin, əməkdaşlıq genişləndirilsin. Azərbaycanın Ruisya ilə müttəfiqlik münasibətləri mövcuddur. Bu baxımdan hesab edirıəm ki, görüş üçün Rusiya və ABŞ-ın Azərbaycana etimadı mövcuddur".
Tanınmış rusiyalı politoloq Sergey Markov Teleqram kanalınnda Ruisya və ABŞ liderlərinin görüş yeri barədə proqnozunu yazıb. Markov bildirib ki, bir nömrəli namizəd Bakıdır:
"Məhz Bakı Baş Qərargah Rəisləri Komitəsinin rəhbərlərinin daimi görüşlərinin keçirildiyi yer idi. Başqa sözlə, həqiqətən yaxşı sınaqdan keçmiş bir yerdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Tramp Putinlə görüşmək istədiyini açıqladı