BAKI, 24 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb, lakin onlar MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ayrıca görüş barədə planlar yoxdur, lakin lazım gələrsə, onların sammitdən kənar danışmaq imkanı olacaq", - Peskov deyib.
Peskov bildirib ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko çətin ki, MDB liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində xizək sürməyə vaxt tapsınlar.
MDB ölkələri liderlərinin görüşü ənənəvi olaraq hər il dekabrın sonunda Sankt-Peterburqda keçirilir. Bu dəfə qeyri-rəsmi sammit Leninqrad vilayətində, Sankt-Peterburq yaxınlığındakı İqora dağ-xizək kurort kompleksində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.