SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev və Ərdoğan Suriya məsələsində razılığa gəldilər

Dekabrın 24-də Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Xəbər verdiyimiz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin telefon danışığında Suriya məsələsi də müzakirə edilib.
Liderlər Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsini razılaşdırıblar.
Onu da qeyd edək ki, dekabrın 24-də Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb.
Səfir görüşün çox məhsuldar keçdiyini qeyd edib:

"Biz Suriyaya humanitar yardımla bağlı Azərbaycan və Türkiyə arasında birgə fəaliyyət imkanlarını müzakirə etdik".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Türkiyənin fəallığı Bakının Yaxın Şəqdəki proseslərdə iştirakına təsir edə bilərmi?