AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan XİN ABŞ səfirliyinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cava verib.
Sputnik
BAKI, 23 dekabr - Sputnik. ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavabında deyilir.
O bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.
"Görünür, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - A.Hacızadə əlavə edib.