BAKI, 23 dekabr — Sputnik. Dekabrın 23-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 23-də kimlər anadan olub?
Çimnaz Babayeva (1946-2019) - Azərbaycan balerinası və baletmeysteri, Azərbaycan SSR xalq artistidir.
I Aleksandr (1777-1825) - Rusiya imperatoru, İmperator I Pavelin və Şahzadə Sofiya Doroteyanın oğludur. O, Rusiya tarixşünaslığında xüsusi bir epitetlə ("Mübarək") təltif edilib.
Jan-Fransua Şampolyon (1790-1832) - fransız şərqşünası və misirşünaslığın banisidir. O, 1822-ci il sentyabrın 14-də Rozetta daşı üzərindəki heroqlifləri deşifrə edib və bunun nəticəsində də Misir heroqliflərini oxumaq mümkün olub.
Dino Rizi
© AP Photo / LUCA BRUNO
Lev Durov (1931-2015) - Rusiyanın teatr və kino aktyoru, teatr rejissoru, müəllim və SSRİ xalq artistidir.
Lev Durov
© Sputnik / Александр Натрускин
Akihito (1933) - Yaponiyanın 125-ci İmperatorudur (1989-2019). O, son iki yüz ildə (İmperator Kokakudan sonra) taxtdan imtina edən ilk imperator olub.
Akihito
© Richard A. Brooks / Pool Photo via AP
Natalya Fateyeva (1934) - Rusiya aktrisası, aparıcısı və Rusiya Federasiyasının xalq artistidir. O, "Moskva, mən səni sevirəm!", "Cəngavər romanı", "Heç kim ayrılmaq istəmədi" və digər filmlərdə rol alıb.
Dekabrın 23-də dünyada baş verən tarixi hadisələr
1672-ci ildə italyan astronomu Covanni Kassini Saturnun ikinci ən böyük peyki olan Reyanı kəşf edib.
1913-cü ildə ABŞ-da Federal Ehtiyat Sistemi yaradılıb. Bu günə qədər yalnız sistemə daxil olan bankların dollar buraxmaq hüququ var.
1954-cü ildə tarixdə ilk dəfə cərrahlar Cozef Marrey və Hartvel Harrison ABŞ-da uğurlu böyrək nəqli əməliyyatı həyata keçiriblər. O zaman amerikalı Ronald Herrik böyrəyini əkiz qardaşı Riçarda bağışlayıb.
2003-cü ildə Azərbaycanda Konstitusiya Məhkəməsi haqqında qanun qəbul edilib.
2009-cu ildə Azərbaycanda üçüncü bələdiyyə seçkiləri keçirilib.
2022-ci ildə Bakı Metropoliteninin "Xocasən" elektrik deposu və "Xocasən" stansiyası istifadəyə verilib.