BAKI, 22 dekbar - Sputnik. Rusiya prezidenti Vladimir Putin yeni il tətilini iş qrafiki çərçivəsində keçirəcək.
Bunu RİA Novosti-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident hər şeyi planlaşdıra bilər. Təbii ki, müəyyən planlar var. Adi vətəndaşlar baxımından o, bütün həftə sonu istirahət etməyəcək və hətta bu, mümkün deyil” - Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya dövlət başçısının iş qrafiki dəyişməyəcək.