BAKI, 22 dekabr — Sputnik. AABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini müharibəni dayandırmağa çağırıb.
Bu barədə "Report" xəbər verir.
Qeyd olunub ki, Tramp Zelenskidən atəşkəs barədə düşünməsini istəyib.
Nəşr yazır ki, rəsmi Kiyevin müvafiq qərarından sonra sülh üçün şərait yaranacaq: "Bundan sonra isə Avropa sülhməramlı qoşunları da daxil olmaqla müxtəlif mexanizmlərlə Ukraynanın təhlükəsizliyinə zəmanət veriləcək".